ABŞ prezidenti Co Bayden Kabul hava limanında terror aktını törədilənləri bağışlamayacağını bəyan edib.
Unikal.org xəbər verir ki, hadisədən sonra Ağ Evdə mətbuat konfransı keçirən Bayden bir sıra açıqlamalar verib.
İŞİD-ın Xorasan qolunun Kabil hava limanında törətdiyi terror aktını şərh edən Bayden, "Bunu sizə ödətdirəcəyik!",- deyə səslənib. O, həmçinin də, "Hücuma istədikləri yerdə və zamanında cavab verəcəklərini",- söyləyib.
Bayden 13 amerikalı əsgərin öldüyünü, 15 nəfərin isə ağır yaralandığını qeyd edərək, "Həyatını itirən ABŞ əsgərləri bizim üçün qəhrəman olaraq xatırlanacaq. 70 mindən çox əsgərlərimizi evakuasiya etmişik. Dünyada əhəmiyyətli hərbi gücə sahib olan bir ölkə olaraq, son 6 aydakı şəklə baxdığımda İraqdakı əsgərlərin də evlərinə döndüklərini görürəm. O qəhrəmanların ailələri qarşısında məsuliyyətimiz var. Bu gün itirilən həyat, azadlıq naminə itirilən həyatdır", - deyə ifadə edib.
Gülayə Mecid