Baydenin ABŞ ordusunun Əfqanıstandan çıxarılması qərarından sonra ölkənin "Taliban" tərəfindən tutulması, avqust ayının 26-da isə İŞİD-in Kabil şəhərində törətdiyi terror nəticəsində 13 amerikalı hərbçinin ölməsi ciddi etirazlara səbəb olub.
Unikal.org xəbər verir ki, sözügedən səbəblərə görə, ABŞ-ın Respublikaçılar Partiyasından olan konqresmenlər Prezident Cozef Baydeni istefaya çağırıblar.
Bildirilib ki, Texas ştatından olan konqresmen Ronni Cekson Baydenin Əfqanıstandakı situasiyaya səhlənkarlıqla yanaşdığını bildirib:
"Əgər prezident Tramp telefon danışığı ucbatından etibarsızlığa məruz qalmışdısa, o zaman Baydenə Əfqanıstanda yol verdiyi kobud səhlənkarlığa görə inamsızlıq tətbiqinin zamanı çatıb".
Ağarza Elçinoğlu