Rusiyada son sutka ərzində koronavirusa 19 509 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 6 844 049 nəfərə çatıb.

Rusiyada son bir gündə 798 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 180 041 nəfərdir. İndiyədək 6 112 035 xəstə sağalıb.