Pakistanın Bəlucistan vilayətində avtomobilin partladılması nəticəsində azı üç hərbçi həlak olub, daha üçünün xəsarət aldığı bildirilir.

Unikal.org xəbər verir ki, hadisə terrorçuların girov götürdüyü şəxslərin azad edilməsi əməliyyatı zamanı baş verib.

Məlumata görə, güclü partlayış nəticəsində Pakistan ordusunun bir mayoru və iki əsgəri hadisə yerindəcə ölüb, yaralılar xəstəxanaya yerləşdirilib.

Ağarza Elçinoğlu