Haiti hökuməti iyul ayında prezident Jovenel Moisenin sui-qəsdində iştirak edən 3 nəfərin yerini müəyyən etməkdə kömək edə bilənlərə 60 min dollardan çox pul ödəyəcək.
Unikal.org xəbər verir ki, hazırda polis, Ali Məhkəmənin keçmiş hakimi Vendelle Coq-Selot, keçmiş Ədliyyə Nazirliyi rəsmisi Cosef Feliks Badio və keçmiş senator Con Joel Cosefi axtarır.
Qeyd edək ki, iyulun 7-də naməlum şəxslərin iqamətgaha etdiyi hücum nəticəsində prezident Moise həlak olub. Onun həyat yoldaşı ölümcül yaralansa da o, həkimlərin səyi nəticəsində sağ qalıb.
Daha sonra Haiti səlahiyyətliləri, hücum edən qrupun 26-sının Kolumbiya vətəndaşı olmaqla, sui-qəsddə iştirak edən ümumilikdə 40-dan çox adamı həbs edib.
Ağarza Elçinoğlu