Pakistanın Karaçi şəhərində yerləşən kimya fabrikində yanğın baş verib. 

Unikal.org ölkənin yerli mənbələrinə istiandən xəbər verir ki, hadisə şəhərin Korangi bölgəsində qeydə alınıb. 

"ASFEWORLD" telekanalından verilən məlumata görə, naməlum səbəblərdən başlayan yanğın nəticəsində 13 nəfər həyatını itirib. Xeyli işçinin fabrikin içində köməksiz vəziyyətdə qaldığı bildirilir.

Məlumata görə, yanğınsöndürmə tədbirləri davam etdirilir. Hadisənin başvermə səbəbləri araşdırılır.

Ağarza Elçinoğlu