Böyük Britaniyanın Leminqton şəhərində güclü partlayış baş verib. 

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə sənaye obyektində qeydə alınıb. 

Partlayışdan sonra yanğın başlayıb. Ətraf ərazilərdə əhalinin bir hissəsinin evakuasiyasına başlanılıb.

Ərazidən təxliyə olunmayanlara isə tüstüyə görə qapı və pəncərəni açmamaq tövsiyə olunub.

Ağarza Elçinoğlu