Çinli həkimlər əhalinin kütləvi peyvəndi zamanı ölkə sakinlərinə COVID-19 əleyhinə 2 milyarddan çox peyvənd vurub.
Unikal.org xəbər verir ki, Dövlət Səhiyyə Komissiyasının məlumatına görə, ölkənin 1,4 milyard sakinindən təxminən 890 milyonu tam peyvənd olunub.
Departamentin saytında verilən açıqlamaya görə, 26 avqust tarixinə qədər bütün ölkə üzrə 2.003.914.000 koronavirus peyvəndi vurulub. 889.439 milyon sakin isə tam peyvəndləmədən keçib.
Ağarza Elçinoğlu