Türkmənistanın Kabildəki səfirliyininqarşısında üzərlərində partlayıcı qurğular olan Pakistan vətəndaşları saxlanııb.
Unikal.org bu barədə “TASS”a istinadən xəbər verir.
Məlumata görə, onlar taliblər tərəfindən saxlanılıb.
Hadisənin digər təfərrüatları açıqlanmır.
Xatırladaq ki, avqustun 26 -da Kabil hava limanı yaxınlığında terror aktı həyata keçirilib. Son məlumatlara görə, terror hücumu nəticəsində əksəriyyəti Əfqanıstan vətəndaşı olmaqla 200 nəfər həlak olub.