Türkiyənin silahlı qüvvələrinin xüsusi xidmət orqanları ilə birgə İraqın şimalında keçirdiyi antiterror əməliyyat zamanı PKK-nın 3 silahlısı zərərsizləşdirilib.

Unikal.org xəbər verir ki, terrorçular “Pençe-Şimşek” əməliyyat zonasında məhv edilib. Onlar terror təşkilatı üçün məlumat toplayırmış.

Xatırladaq ki, Türkiyə hərbçiləri dünən daha 7 terrorçunu məhv edib.