Ukraynanın şərqindəki Donbas bölgəsində separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgəri həlak olub.

Unikal.org xarici KİV-ə istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin verdiyi açıqlamaya görə, separatçıların atəşkəsi bir dəfə pozduqları qeyd olunub.

Hadisə ilə bağlı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nümayəndələrinə məlumat verilib.