"ABŞ ordusu Əfqanıstanın Kabil hava limanında öz kontingentinə qarşı təhdidləri "çox real" hesab edir, onları daim izləyir və əlavə təhlükəsizlik tədbirləri görür".
Unikal.org xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi brifinq zamanı deyib.
C.Kibri bildirib ki, təhdidlər hələ də çox real, çox dinamikdir:
"Biz onları sanki, real vaxtda izləyirik. Qüvvələrimizi qorumaq üçün bütün lazımi tədbirləri görürük".