Türkiyədə son sutkada yeni növ koronavirusdan 245 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 290 min 186 nəfər test edilib, onların 17 min 912-nin koronavirus testi pozitiv çıxıb, 12 min 175 nəfər isə sağalıb.

Nazirliyin paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 92 710 374 peyvənd tətbiq edilib ki, bunun 76,81 faizi birinci mərhələ vaksinasiya olunanlardır.