Əfqanıstanda baş verənlər, yaşanan bütün proseslər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində gördüyümüz hər şeyin doğru olduğunu nümayiş etdirdi.
Unikal.org xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
“Rusiya ABŞ-la müttəfiqlərinin çəkilməsi ilə Talibanın Əfqanıstanda irəliləməyə başlamasından sonra KTMT-dəki tərəfdaşları – Tacikistan və Özbəkistanla birgə Əfqanıstan sərhədində təlimlər keçirdi. Rusiya Əfqanıstanda baş verən proseslərə görə KTMT-dəki müttəfiqlərlə daim təmasdadır. Ümumilikdə ittifaq daxilində əməkdaşlıq daha da gücləndirilməlidir. Çünki, Əfqanıstandakı yaraqlılar KTMT-yə üzv ölkələrin ərazisinə sıza bilər. Əlbəttə ki, bunların baş verməsinə heç vaxt icazə verməməliyik. Buna görə Rusiya Tacikistan, Qırğızıstan və Qazaxıstan ordularının silahlarının modernləşdirilməsini ehtiva edən proqramı davam etdirəcək”, - nazir bildirib.