İngiltərə Premyer Liqasının üçüncü turu çərçivəsində "Liverpul" və "Çelsi" klubları qarşılaşıb.
Unikal.org xəbər verir ki, "Enfild" (Liverpul) stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
22-ci dəqiqədə açılan hesab zamanı qolu "Çelsi"dən Kay Havers vurub. "Liverpul" qarşılaşmanın son dəqiqələrində məğlubiyyətdən xilas ola bilib. Belə ki, Məhəmməd Salah (45+4) komandasının bərabəlik qolunu vurub.
"Liverpul" və "Çelsi" klubları üç turdan sonra 7 xal toplayıblar.