PKK terror təşkilatının daha 4 üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.
Unikal.org xəbər verir ki, buna Türkiyə Daxili İşlər Nazirliyi nəzdində Təhlükəsizlik Komitəsi və Jandarma Baş Komandanlığı tərəfindən edilən inandırma əməliyyatı nəticəsində nail olunub.
Təslim olan terrorçuların 2013-2015-ci illərdə təşkilata qoşulduqları, Suriya və İraqda fəaliyyət göstərdikləri müəyyən edilib.