Bu gün Fransanın bir sıra şəhərlərində sanitar pasportlara və məcburi COVID-19 peyvəndlərinə qarşı etiraz aksiyaları keçirilib.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, Marseldə təxminən 3 min nəfərin qatıldığı aksiyada polislə nümayişçilər arasında qarşıdurma olub.
Qarşıdurma zamanı 13 polis əməkdaşının xəsarət aldığı, 3 etirazçının saxlanıldığı bildirilir.
Paris də daxil olmaqla, digər şəhərlərdə isə nümayişlər dinc şəkildə keçirilib.