ABŞ Prezidenti Cozef Bayden yaxın 24-36 saat ərzində Kabil hava limanına terror hücumu olacağı ilə bağlı xəbər verib.
Unikal.org xəbər verir ki, bu barədə Birləşmiş Ştatların prezidenti Amerika ordusundan məlumat aldığını bəyan edib.
Bayden orduya şəxsi heyəti qorumaq üçün bütün tədbirləri görməyi əmr etdiyini deyib:
"Kabildə vəziyyət son dərəcə təhlükəli olaraq qalır. Hava limanına terror hücumu təhlükəsi əvvəlki kimi yüksəkdir. Komandanlığımız bu hücumun 24-36 saat ərzində olacağını bildirir. Orduya şəxsi heyəti qorumaq üçün bütün tədbirləri görməyi əmr etdim. Onlar da bunun üçün lazım bütün resurslara və planlara malik olduqlarını bildirdilər. Ordumuz missiyalarını yerinə yetirməklə paralel olaraq, təhlükəsizlik tədbirləri də görürlər".