Rusiyanın Omsk-Tümen magistral yolunun 451-ci kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, "Scania" markalı yük maşını ilə "Toyota" markalı minik avtomobili toqquşub.

Qəza zamanı iki nəfər hadisə yerində ölüb. 3-ü uşaq olmaqla 4 nəfər isə xəsarət alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.