"Taliban"ın rəsmi nümayəndəsi və radikal qurumun sözçüsü Zaibulla Mücahid Əfqanıstan xalqına müraciət edib.
Unikal.org "Ariana News"a istinadən xəbər verir ki, müraciətə əsasən, vətəndaşlar keçmiş hökumət dövründən qalan avtomobil, silah və sursatları bir həftə ərzində təhvil verməlidir.
Z.Mücahid bildirib ki, göstərilən müddətin başa çatmasından sonra qanunu pozanlara qarşı tədbir görüləcək.