"Yuventus" komandası İtaliya A Seriyasının II tur matçında evdə "Empoli"yə minimal hesabla uduzub.

Unikal.org xəbər verir ki, yeganə topun müəllifi Leonardo Mankuzo (Empoli) olub. O, 21-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, bu, Kriştiano Ronaldunun İngiltərənin "Mançester Yunayted" futbol komandasına transferindən sonra Turin komandasının ilk oyunu olub.

2 turdan sonra "Yuventus" sadəcə 1 xala malikdir. "Empoli" üçün isə bu, ilk qələbə olub.