Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo İspaniyanı təmsil edib.
Unikal.org xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonun uzun müddətli aclıq aksiyası nəticəsində aşağı nahiyələri iflic olub.
Bildirilib ki, o, həbs cəzası zamanı digər dustaq yoldaşları ilə birlikdə aclıq aksiyası keçirib. Aksiya 432 gün davam edib. Velozo sağ qalan yeganə məhbus olub, sonda onu yeməyə məcbur ediblər.
Aksiya nəticəsində Sebastyan Rodriqes Velozonun bəzi daxili orqanları da zədələnib. Velozo 1996-cı ilin əvvəlində həbsxanadan buraxılıb və üzgüçülüklə məşğul olmağa başlayıb.