"ABŞ ordusu, İŞİD terror təşkilatının qolu olan "Xorasan İslam Dövləti" yaraqlılarına qarşı hava hücumlarını davam etdirəcək".
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden yazılı açıqlamasında bildirib.
Prezident qeyd edib ki, Kabildə ABŞ hərbçilərinə və günahsız mülki vətəndaşlara hücumda məsul olan qrup təqib ediləcək:
"Avqustun 26-da Kabildə törədilən terror aktından sonra bunu etdik. Bu zərbə sonuncu deyil. Bu dəhşətli hücumda iştirak edən hər kəsi "ovlamağa" davam edin. Kimsə ABŞ-a zərər verməyə və ya ordumuza hücum etməyə çalışarsa, cavab verəcəyik".