"Ordu-2021" beynəlxalq forumuna 1,7 milyondan çox insan qatılıb.
Unikal.org xəbər verir ki, oyunlarda 117 ölkədən 320 xarici hərbi idarənin nümayəndəsi iştirak edib.
Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, tədbirlərə 1 702 564 nəfər qatılıb:
"12 ölkədən 60 xarici şirkət və təşkilat - Belarus, Hindistan, İran, Qazaxıstan, Çin, Latviya, həmçinin Hollandiya, Pakistan, Fransa, Səudiyyə Ərəbistanı, Tayland və Türkiyə tədbirdə iştirak edib. Eyni zamanda Belarusiya, Qazaxıstan, Hindistan və Pakistan milli sərgilərini təqdim ediblər".