Ukrayna Prezidenti Vladimir Zelenskinin Birləşmiş Ştatların lideri Cozef Baydenlə görüşü avqustun 31-də baş tutmayacaq.

Unikal.org Ukraynanın Prezident Aparatındakı mənbəyə istinadən xəbər verir ki, iki dövlət başçısının görüşü təxirə salınıb. Əlavə olaraq qeyd edilib ki, Zelenski ilə Baydenin sentyabrın 1-də görüşəcəyi planlaşdırılır.

Xatırladaq ki, bununla da görüş ikinci dəfə təxirə salınıb. Əvvəlcə prezidentlərin avqustun 30-da görüşəcəyi planlaşdırılsa da, sonradan görüşün vaxtı dəyişdirilib.

Ağarza Elçinoğlu