Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayev istefa verib.

Unikal.org xəbər verir ki, ölkə prezidenti Kasım-Jomart Tokayev nazirin istefasını qəbul edib.

Bildirilib ki, müdafiə naziri avqustun 26-da Jambıl vilayətindəki hərbi hissədə baş vermiş partlayışla əlaqədar istefaya yollanıb.

Xatırladaq ki, hərbi hissənin silah anbarında baş vermiş ardıcıl partlayış və yanğın nəticəsində 15 nəfər həlak olub, 100-ə yaxın şəxs yaralanıb. Bir nəfərin isə itkin düşdüyü bildirilib.

Ağarza Elçinoğlu