Suriyanın Baniyas elektrik stansiyasında baş verən neft sızıntısının bu gün Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) Dipkarpaz Burnuna çatacağı gözlənilir. 

Unikal.org xəbər verir ki, bununla bağlı Türkiyədən 3 gəmi KKTC-yə yola düşüb.

Bildirilib ki, Suriyanın Baniyas şəhərindəki neft emalı zavodlarından birindəki elektrik stansiyasında yaranan nasazlıq səbəbindən 25 avqustda neft sızması meydana gəlmiş, sızma Aralıq dənizinə yayılmağa başlamışdı.

Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Ersan Saner Suriyadan dənizə sızan neftin təqib edildiyini və bununla bağlı böhran masası qurulduğunu qeyd edib.

Ağarza Elçinoğlu