Türkiyənin Gökcehöyük kəndində bədbəxt  hadisə  yaşanıb.  

Unikal.org xəbər verir ki, 2021-ci ildə Çukurca mahalında terrorçularla qarşıdurmada şəhid olan Çavuş Ömer Tunçbilekin atası İbrahim Tunçbilek faciəvi  şəkildə  həyatını  itirib.  Belə ki, o, 9 yaşlı nəvəsi ilə birlikdə  traktora minərək,  bağda işləməyə  gedib.  Lakin onlar  geri  qayıdarkən, traktor qəzaya  uğrayıb.  Hadisə nəticəsində kişi traktorun altında qalaraq,  can verib.