Gürcüstanda yeni dərs ili sentyabrın 15-dən etibarən distant formada bərpa olunacaq.
Unikal.org xəbər verir ki, bu barədə qərar Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasına qəbul edilib.
Qərara əsasən, bu qaydada tədris prosesi oktyabrın 4-dək davam edəcək.
Ali və peşə məktəblərində də analoji qayda tətbiq olunacaq.
Digər qərarla dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə oktyabrın 4-dək məhdudiyyət tətbiq ediləcək.