Şimal-şərq qüvvələrinin hərbi ekologiya bölməsi Vrangel adasını təmizləməyə başlayıb.
Unikal.org xəbər verir ki, ekologiya taqımının hərbçiləri dünən Andrey Stepanov dəniz gəmisi ilə Petropavlovsk-Kamçatkadan Arktika zonasındakı Vrangel adasına gəliblər.
"Rusiyanın şimal-şərqindəki ekologiya bölməsi qüvvələri Vrangel adasını tullantılardan və köhnəlmiş texnikadan təmizləməyə başladı", - deyəmətbuat xidmətindən bildirib.
Qeyd olunub ki, Müdafiə Nazirliyinin əmrinə əsasən, toplanan bütün tullantılar yenidən emal üçün hərbi gəmilərlə daşınacaq.
Bildirilib ki, hazırda adada 50-dən çox hərbçi ilə bərabər, 25 ədəd buldozer və 40 ton yük qaldırma qabiliyyətinə malik müasir kranlar və s. çalışır.
Ağarza Elçinoğlu