Bu il ərzində daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb.

Unikal.org-un məlumatına görə, cari ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1231 nəfər gələn, Azərbaycandan isə 184 nəfər gedən qeydə alınıb.

Qeyd olunan müddət ərzində miqrasiya saldosu ölkə üzrə müsbət 1047 nəfər təşkil edib.