BMT-nin baş katibi Antonio Quterreş Pxenyanın nüvə silahı istehsalına qayıtması ilə bağlı yayılan xəbərlərdən narahatlığını ifadə edib.

Unikal.org xəbər verir ki, Baş katib ölkə rəhbərliyini bu cür fəaliyyətlərdən imtina etməyə çağırıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin Pxenyanın Yonben nüvə kompleksində plutonium istehsal reaktorunu yenidən işə salması ilə bağlı hesabatla çıxış edən BMT-nin baş katibi, bu hesabatla tanış olduğunu və hadisələrin bu cür inkişafından narahatlığını ifadə edib. 

O, KXDR-i nüvə silahı ilə bağlı hər hansı bir addımın atılmasından çəkinməyə və tərəflərlə danışıqlara qayıtmağa çağırıb.

Ağarza Elçinoğlu