"Taliban" radikalçıları Əhməd Məsud ordusunun ön postlarına iki istiqamətdən - Bağlan əyalətinin Andarob Vadisindən və Cabal-us-Sirac şəhərindən hücum edib.

Unikal.org xəbər verir ki, gecə "Taliban"ın bütün hücumları dəf edilib.

Əfqanıstan mətbuatının məlumatına görə, Andarob istiqamətindəki döyüşlərdə 85 nəfər ölüb, 108 nəfər yaralanıb. Cəbəl Us-Sirac yaxınlığındakı toqquşmalarda 12 "Taliban" yaraqlısı öldürülüb, 26-sı isə yaralandı.

Pəncşir müdafiəçiləri arasında da yaralıların olduğu bildirilib. 

Ağazra Elçinoğlu