Türkiyənin Şanlıurfa ərazisində bədbəxt hadisə yaşanıb.
Unikal.org xəbər verir ki, 46 yaşlı Ahmet Tokay mübahisə etdiyi həyat yoldaşı Hədiyə Tokayı boğaraq öldürüb. 7 uşaq anası olan qadının ortadan yoxa çıxması isə qohumlarını narahat edib. Bununla bağlı onlar polisə müraciət edib. Polis itkin düşən 40 yaşlı qadının axtarışına başlayıb. İlkin dindirilmədə onun həyat yoldaşı nəzarətə götürülüb. Ahmet , həyat yoldaşının onu 7 uşağı ilə birlikdə tək qoyub qaçdığını dilə gətirib.
Lakin axtarışlar nəticəsində Hədiyə Tokayın cansız bədəni yaşadıqları evin hamam otağında aşkarlanıb. Kişi cinayəti etiraf edib. Onun barəsində qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır.