"Biz iki suveren ölkənin - ABŞ və Ukraynanın işlərinə qarışmaq iqtidarında deyilik və qarışmayacağıq. Ancaq ABŞ-ın cənab Zelenski üzərindəki təsirindən istifadə edərək onu  Minsk razılaşmalarının yerinə yetirilməsinə inandırmasını gözlədiyimiz üçün bu səfərin nəticələrini çox yaxından izləyirik".

Unikal.org xəbər verir ki, bunu Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov çərşənbə axşamı mətbuata verdiyi açıqlamada deyib. 
 
"Bu, bəlkə də gözləmək istədiyimiz şeydir", - deyə Peskov bildirib. 

Ağarza Elçinoğlu