Estoniya Milli Muzeyinin direktoru Alar Karis bu gün ölkənin yeni prezidenti seçilib.
Unikal.org bu barədə “TASS”a istinadən xəbər verir.
Parlament səsverməsinin ikinci turunda Karisin namizədliyini 72 deputat dəstəkləyib.
Xatırladaq ki, onun seçilməsi üçün 68 səs tələb olunurdu. Son 30 ildə ilk dəfə olaraq Estoniya prezidenti rəqabətsiz seçilib.