Braziliya Prezidenti Jair Bolsonaro 2022-ci ildə  keçiriləcək  prezident seçkilərindən bəhs edib. 

Unikal.org "The Guardian" qəzetinə istinadən xəbər verir ki, Evangelist liderləri  ilə görüşdə ölkə başçısı "Gələcəyim üçün 3 alternativ şansım var: həbs, öldürülmə və ya qələbə" ,- deyərək  2022-ci il  seçkiləri ilə bağlı dəyərləndirmələr edib. 

Bolsonaro həmçinin də, dini liderlərdən sentyabrın 7-də keçiriləcək mitinqlərdə ona dəstək olmalarını istəyib. 

Bununla yanaşı, ölkənin elektron səsvermə sistemini tənqid edən Bolsonaro, söz mövzusu sistemin fırıldağa meylli olduğunu iddia edərək, çap olunmuş seçki bülletenlərindən istifadə etməkdə israr edir.

Qeyd edək ki,  dünyanın ən böyük 5-ci ölkəsi olan Braziliyada, səslərin sayılmasını asanlaşdırmaq və saxta seçkilərin qarşısını almaq üçün 1996-cı ildə elektron səsvermə sistemi qurulub. 

Gülayə  Mecid