Yəmənin Abha Beynəlxalq Hava Limanına aviazərbələr endirilməsi nəticəsində azı 8 nəfər yaralanıb.
Unikal.org "DHA"ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyası komandanlığı məlumat yayıb.
Yəməndə hökumət qüvvələrini dəstəkləyən koalisiya komandanlığının verdiyi məlumata görə, Abha Beynəlxalq Hava Limanına edilən hücumda partlayıcı maddələrlə doldurulmuş pilotsuz təyyarələrdən istifadə edilib.
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemi pilotsuz təyyarələrdən sadəcə birini vura bilib.
Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqustundan bəri hökumət qüvvələri ilə husilər arasında qarşıdurma davam edir.
Ağarza Elçinoğlu