"İraqda, Liviyada, Əfqanıstanda olan durum bizə onu öyrətdi ki, demokratiyanın qarşısını silahla almaq olmaz. Terroristlər İraqda olduğu müddətdə oranı qoruyacağıq, bu, Fransa üçün şərəfdir".
Unikal.org xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron İraqa səfəri zamanı deyib.
Dövlət başçısı onu da bildirib ki, Fransa ABŞ-dan fərqli olaraq, qüvvələrini İraqdan çıxarmayacaq.
Makron Əfqanıstandan təxliyələrin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün "Taliban"la danışıqların aparıldığını da nəzəerə çatdırıb.
Ağarza Elçinoğlu