"ABŞ -ın onillik "işğalı" Əfqanıstana yalnız ölüm və dağıntı gətirib".
Unikal.org xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə öz "Twitter" səhifəsində yazıb.
XİN sözçüsü bildirib ki, Əfqanıstan liderlərinin zorakılığı dayandıraraq əhatəli bir hökumət qurmaqla xalqlarının çətin vəziyyətinə son qoymaları tarixi bir fürsətdir.
O, "İran qardaş Əfqanıstan xalqının yanındadır", - deyə tweetində bildirib.
Ağarza Elçinoğlu