Böyük Britaniya vətəndaşı 87 yaşlı Roy David 58 ildən sonra qızına qovuşub.
Unikal.org xəbər verir ki, yaşlı kişi qatıldığı şou proqramlarının birində həyat hekayəsini danışıb. Belə ki, həmin proqramı izləyən qadın Royun atası olduğuna əmin olub. Canlı bağlantı ilə efirə qoşulan qadın, qızı olduğunu və tezliklə qovuşacaqlarını bildirib.
Dənizçi Roy David 19 yaşı olanda Nyu-Yorkda Sylvia adlı bir tibb bacısı ilə tanış olub və ondan Keri adlı qızı dünyaya gəlib. Lakin Roy işlərinə görə, evə aylarla gəlməməyi və ailəsinə maddi yardım etməməyi onları ayrı salıb. Slyvia kiçik qızını götürərək, ölkəni tərk edib. Roy illərlə onları axtarsa da, bu istəyinə 58 ildən sonra nail olub. Yaşlı kişi həyatını sevincini yaşadığını bildirib.
Hazırda Roy David evlidir. Onun iki oğlu var. Keri ilə danışarkən, o Sylvianın artıq həyatda olmadığını öyrənib.
Gülayə Mecid