ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhəri "İda" qasırğasının təsirilə viran qalmış hala düşüb.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Sahil-Mühafizə Xidmətinin rəsmi "Twitter" səhifəsində məlumat və video yerləşdirilib.
Helikopterlə çəkilmiş görüntülərdə qasırğadan dağılmış evlər və onların ətrafa səpələnmiş hissələri diqqət çəkir.
Bildirilib ki, sözügedən qasırğa səbəbilə azı 2 nəfər dünyasını dəyişib, xeyli sayda yaralı var.
Ağarza Elçinoğlu