Antalyanın Manavgat mahalında baş verən dəhşətli qəzada azərbaycanlı tələbə ciddi xəsarət alıb. 

Unikal.org-un məlumatına görə, universitet istiqamətindən şəhərin mərkəzinə gedən Hasan Saymanın idarə  etdiyi motosiklet, qarşıdan gələn Yunus Emre Özdemirin yük avtomobili ilə toqquşub. 

Yük avtomobilinin sürücüsü və ətrafdakı insanlar yaralanan motosiklet sürücüsünün köməyinə gedərkən digər qəzanın qurbanı olublar.

 Qarşıdan gələn  mikroavtobus motosiklet sürücüsünə və kömək üçün qaçan vətəndaşlara çırpılaraq onları metrlərlə sürükləyib. Qəzadan sonra mikroavtobusun sürücüsü hadisə yerindən qaçıb. 

Hadisə zamanı  motosiklet sürücüsü Həsən Sayman ağır yaralanıb, kömək üçün qaçan, mikroavtobusun altında qalan yük maşını sürücüsü Yunus Emre Özdemir, Ferhat Baran və azərbaycanlı Samil İslam Ağalı Manavgatdakı xəstəxanalara çatdırılıb.