İranda ötən sutka ərzində 599 nəfər koronavirusdan (COVID-19) ölüb, 33 170 nəfər yoluxub.
Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 108 393 nəfərə, yoluxanların sayı isə 5 025 233 nəfərə çatıb. Virus daşıyıcılarından 7 860 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 4 237 315 nəfər koronavirusdan sağalıb, 29 milyondan çox diaqnoz testi həyata keçirilib.