Bir həftə ərzində Hindistanda əksəriyyəti uşaqlar olmaqla, ən azı 50 nəfər yüksək hərarətdən ölüb. 

Unikal.org xəbər verir ki, ölüm halı daha çox  Uttar Pradeş əyalətində  qeydə  alınıb. Belə ki, uşaqlarda  baş ağrısı, ürəkbulanma şikayətləri olub. Hətta  insanlarda səpgilər  görülüb. 

Bununka yanaşı  çox sayda insan xəstəxanaya yerləşdirilib.  Həkimlər bunun "gizli xəstəlik"dən meydana gəldiyini  söyləyib. Xəstələr üzərində araşdırma aparılır.