Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı ölkənin şimalındakı Pəncşir əyalətinə yeni qubernator təyin edib.
Unikal.org xəbər verir ki, bu barədə “1TV” kanalı hərəkatın rəhbərliyinin nümayəndəsi Əmir Xan Mutakiyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, “Taliban” müqavimət qüvvələrini toqquşmalardan qaçmaq üçün hərəkata qoşulmağa çağırıb.
Xatırladaq ki, Pəncşirdə Əhməd Məsudun başçılıq etdiyi müqavimət qüvvələri toplaşıb.