“Taliban” qruplaşmasının lideri Heybətulla Axundzadə Əfqanıstan hökumətinə rəhbərlik edəcək.
Unikal.org xəbər verir ki, bu barədə Tolo News məlumat yayıb.
"Buna heç bir şübhə olmamalıdır",-deyə telekanal Mədəniyyət Hərəkatı Komissiyasının üzvü Anamulla Samanqanidən sitat gətirir.
Daha əvvəl "Taliban" hərbi komissiyasının yüksək vəzifəli bir üzvü RİA Novosti-yə bildirib ki, yeni hökumətin qurulması sentyabrın 3-də elan olunacaq.