Gürcüstanda 12 yaşdan yuxarı uşaqlar da peyvənd olunurlar. Artıq 10-a yaxın uşaq “Pfayze” peyvəndini qəbul edib.
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, 12 yaşdan yuxarı uşaq və yeniyetmələr üçün “Pfayzer” və “Moderna” peyvəndləri nəzərdə tutulub.