ABŞ Ukraynaya daha 45 milyon dollarlıq humanitar yardım göstərməyə qərar verib.
Unikal.org xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Co Bayden Ukraynaya 60 milyon dollarlıq yardım göstərmək üçün qərar imzalayıb.
Sənədə görə, dövlət başçısı Ukraynaya kömək etmək üçün hərbi təhsil və təlimlərə vəsait ayrılması barədə tapşırıq verib.