ABŞ Əfqanıstan və Özbəkistanla sərhədində yeni infrastrukturlar qurmaq üçün Tacikistana kömək edəcək.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın Düşənbədəki səfirliyi məlumat yayıb.
Səfirlikdən bildirilib ki, Tacikistanın cənub-qərb sərhədində tikiləcək yeni obyektlər təhlükəsizliyin təmin edilməsinə kömək edəcək.
Xatırladaq ki, "Taliban"dan qaçan 100 min Əfqanıstan qaçqınını qəbul etməyi öhdəsinə götürən Tacikistan Rusiya hərbi bazasına ev sahibliyi edir və Moskvanın rəhbərlik etdiyi KTMT-nin üzvüdür.